İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası 2021” layihəsinə qeydiyyat başlayıb

İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası 2021″ Qeydiyyat Formu

İƏGF Avrasiya Regional Mərkəzi “İƏT Model – Beynəlxalq Münasibətlər Akademiyası 2021” layihəsinə qeydiyyatın başlandığını elan edir!

18-30 yaş aralığında tələbəsinizsə
beynəlxalq münasibətlər, xarici siyasət və diplomatiya sahəsi ilə maraqlanırsınızsa
xarici ölkələrdə keçirilən Beynəlxalq İƏT Modeli konfranslarında iştirak haqqı qazanmaq istəyirsinizsə ;

bu layihə öz bilik və bacarıqlarınızı artırmaq və diplomatiyanı daha yaxından tanımaq üçün əla fürsətdir.

Müsahibələrdən uğurla keçəcək iştirakçılar 5 həftə davam edəcək mühazirələrdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlər ilə görüşüb müxtəlif mövzularda öz bilik və təcrübələrini artıracaqlar.

Yekunda isə iştirakçılar İƏT Xarici İşlər Nazirləri Şurasının görüşünün simulyasiya konfransı təşkil olunaraq əsl diplomat kimi öz ölkələrini müdafiə edəcəklər!

Əvəzedilməz təcrübəni yaşamaq üçün qeydiyyatdan keçin!

Qeydiyyat üçün son tarix: 20 fevral 2020, saat 23:59 (Bakı saatı)

Qeydiyyat üçün link:  LİNK

Bir cavab yazın

Back to top button