İğdır universitetinin rektoru ADAU-da olub

Edumap.az xəbər verir ki, Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı ADAU-da olub.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, qonağı səmimi salamlayan təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr, İğdır Universiteti ilə əlaqələrin genişləndirilməsinin zəruriliyi barədə danışıb.

Universitetin tədris korpusları, maddi-texniki bazası ilə yaxından tanış olan Mehmet Hakkı Alma aparılan işləri yüksək qiymətləndirib, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, qarşıqlıqlı əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu  qeyd edib.

Görüşün sonunda rektorlar arasında hərtərəfli əməkdaşlıq və Mevlana Proqramı çərçivəsində müqavilələr imzalanıb.

Bir cavab yazın

Back to top button