28 Fevral 15:51

II Akademik Məqalə Müsabiqəsi

AYNHA Hüquqşünas tələbələr üçün “II Akademik Məqalə Müsabiqəsi”- nə start verir. Müsabiqənin şərtləri:

Müsabiqə iki mərhələdən ibarətdir. İlk mərhələdə məqalələr 30.03.2019-cu il saat 23:59-a qədər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Göndərilən məqalələr AYNHA-nın təşkil etdiyi xüsusi komissiya tərəfindən yoxlanılaraq ən yaxşı 6 məqalə növbəti mərhələyə buraxılacaq. İkinci mərhələyə keçən iştirakçılar öz məqalələrini münsiflər heyətinə prezentasiya formasında təqdim edəcəklər. Yoxlama komissiyası tərəfindən ilk üç yerə layiq görülən məqalələr mükafatlandırılacaq və yayımlanacaqdır. Bütün iştirakçılara sertifikat veriləcəkdir. Müsabiqədə yalnız hüquqşünas tələbələr ( bakalavr, magistr) iştirak edə bilərlər. Məqalələr Azərbaycan, rus və ingilis dilində, 12 şriftdə (arial və times new roman) formatında ən az 2 səhifə, ən çox isə 10 səhifə olmaqla göndərilməlidir. Məqalələr hüquqi mövzuda olmalıdır, siyasi və dini fikirlərə aid məqalələr qəbul olunmur. İnternetdən istifadə olunan mövzularda mütləq mənbə bildirilməlidir. Plagiat məqalələr diqqətə alınmayacaqdır. Qiymətləndirmə meyarları:

1.Araşdırma

2.Məntiqilik

3.Ardıcıllıq

4.Problemləri həll etmə üsulu

5.Aktuallıq

Bəyən və paylaş

Rəylər

rəy(lər)