18 Yanvar 13:08

“II Sabunçu Gənclər Forumu”-na hazır olun!

Gənclər, “II Sabunçu Gənclər Forumu”-na hazır olun!

Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə 1 fevral saat 10:00-da forum baş tutacaq.

“2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş forumun birinci hissəsi rəsmi qonaqların çıxışları və sahələrində uğur qazanmış 4 spikerin çıxışından ibarət olacaq. İkinci hissədə isə iştirakçıları surpriz dolu Gənclər günü partisi gözləyir. Həm motivasiya alıb həm də əylənəcəyiniz bir gün keçirmək üçün sizləri gözləyirik, gənclər! Spikerlər haqqında məlumatları əldə etmək üçün səhifəmizi izləyin!

Qeyd: Şənliyə giriş üçün forumum rəsmi hissəsində iştirak mütləqdir!

Həmçinin qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “I Sabunçu Gənclər Forumu” 07.05.2018 tarixdə keçirilmişdir. Sabunçu Gənclər Forumunun əsas məqsədi gənclərin uğur qazanmağa ilhamlanması və onlara verilən imkanlardan düzgün faydalanmaqlarıdır.

Forumda iştirak etmək üçün Sabunçu Gənclər Evinə yaxınlaşın və ya onlayn qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun: https://sabunchuge.typeform.com/to/QdYYPp
Son qeydiyyat tarixi: 30 yanvar saat 18:00

Əlaqə nömrəsi: (012) 425 60 21
Ünvan: Sabunçu ray., Bakıxanov qəs., Yavər Əliyev 91A

Bəyən və paylaş

Rəylər

rəy(lər)