25 Fevral 10:48

III Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu

15-16 mart 2019-cu il tarixlərində Bakı şəhərində 3-cü Alman-Azərbaycan Radioloji və
Neyroradioloji Simpoziumu keçiriləcək. Simpozium inkişaf etməkdə olan Azərbaycan səhiyyəsinə öz töhfəsini göstərməklə yanaşı tibbimizin və xüsusi ilə də milli radiologiya sahəmizin dünya tibb elmində yaxın gələcəkdə daha da inkişafı üçün Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə keçirilir.
Budəfəki tədbirdə xüsusi ilə onkoloji xəstəliklərin müasir diaqnostikasından və ən son müalicə metodlarından danışılacaqdır. Eyni zamanda tədbirdə Almaniya modeli misalında müasir serebrovaskulyar mərkəzin təşkili və Almaniyadan dəvət olunan qonaqların, Prof. Dr. med. Anastasios Mpotsaris, Dr. med. Nuran Abdullyev, Priv.-Doz. Dr. med. Volker Maus, Dr. med. Babak Rostamzadeh və Priv. -Doz. Dr. med. Christof M. Sommer, bu sahədə etdyi ən son elmi yeniliklərdən söhbət açılacaqdır. Tədbirdə iştirak edən yerli mütəxəssislər də, Anar Kazımov, PhD, Fuad Novruzov, PhD və Rasim Babayev, PhD, müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində ən son elmi və praktiki bilikləri iştirakçılarla paylaşacaqlar. Simpozium çərçivəsində Azərbaycanda ilk dəfə olaraq beyin damarlarının anevrizmasının müalicəsində tətbiq edilən ən müasir metodlar praktiki
təlim şəklində („workshop“) Zəfəran klinikasında iştirakçılara təqdim ediləcək. Simpozium
çərçivəsində qürurverici daha bir ilk Almaniyada yenicə qurulmuş və prezidenti həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayev olan Alman-Azərbaycan Radioloji və Neyroradiolji Cəmiyyətinin üzvlərinin və qurucularının ilk toplantısının Bakıda keçirilməsidir. Xatırladaq ki, Simpoziumun prezidenti Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin baş direktoru Akademik, Prof. Cəmil Əziz oğlu Əliyev və Prof. Dr. med. Anastasios Mpotsaris-dir.

Tədbir mart ayının 15-i saat 09:00-da Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlayacaq, daha sonra isə Milli Onkologiya Mərkəzində davam edəcəkdir.
Qeydiyyat üçün: http://www.ga-symposium.com/

Bəyən və paylaş

Rəylər

rəy(lər)