İİTKM Enterprise Azerbaijan portalının rəhbəri vəzifəsinə vakansiya elan edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya MərkəziAzərbaycan Respublikasının Prezidentinin 2018-ci il tarixli 497 nömrəli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasənAzərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədiləyaradılmış Enterprise Azerbaijan Portalının rəhbəri vəzifəsinə vakansiya elan edir: Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsasımövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafınaöz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Vakansiyaya qoyulan tələblər: Vəzifə öhdəlikləri:
  • Portalda alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatların əks etdirilməsini təmin etmək;
  • Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələrinin yerli və xarici investorlara təqdim edilməsi üçün məlumatların Portalda üç (azırbaycan, ingilis və rus) dildə yerləşdirilməsini təmin etmək;
  • Layihələrin idarə edilməsi ilə bağlı daxili prosedurlara uyğun olaraq bütün layihə fəaliyyətlərinin icra edilməsi;
  • Gənc startapçıların daha çox uğur qazanması üçün dəstək göstərilməsi, o cümlədən startaplarla bağlı təlimlərin təşkili ilə bağlı zəruri işləri həyata keçirmək;
  • Startap layihələrinin ekspertlərtərəfindən qiymətləndirilməsini təmin etmək;
  • Startaplarla bağlı digər zəruri işlərin təşkil edilməsi ilə bağlı yeni və innovativ ideyalar təqdim etmək;
  • Həyata keçirilən tədbirləri keyfiyyətlə və vaxtında yerinə yetirmək;
Namizədə tələblər: Təhsil və ixtisas tələbləri:iqtisadiyyat, menecment və s. kimi müvafiq sahədə ali təhsil; Staja dair tələb:müvafiq sahədə ən azı 5 il iş təcrübəsi; Kompüter biliklərinə dair tələblər:(MS Offıce, xüsusilə Excel, Internet) – yüksək səviyyədə Dil bilikləri:azərbaycan, ingilis və rus və dillərində sərbəst danışmaq və yazmaq bacarığı; Xüsusi bacarıqlar:diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, coxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 15 yanvar 2022-ci il tarixinədək[email protected]elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “Vakansiya_Portal rəhbəri” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az