İkinci Dəyirmi masa: “Azərbaycan animasiyasının gələcəyi”

Yanvarın 21-də, saat 19:00-da, Nizami Kino Mərkəzində (konfrans zalında), “Azərbaycan animasiyasinin gələcəyi” mövzusunda ikinci dəyirmi masa keçiriləcək. Tədbirdə animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar, kinoşünaslar, psixoloqlar, müxbirlər öz gələcək layihələrini müzakirə edəcəklər, həmçinin milli animasiyanın gələcək inkişafından danışacaqlar.

İkinci Dəyirmi masa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı tərəfindən təşkil olunur.

Bütün KİV nümayəndələrini tədbirə dəvət olunur. KİV nümayəndələri üçün akreditasiya mütləqdir və [email protected] mail adresindən təsdiqlənir.

Giriş sərbəstdir və qeydiyyatsızdır.

Təşkilatçı: ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı
Məkan: Nizami Kino Mərkəzi, Konfrans zalı
Ünvan: Bül-bül prospekti 20, Bakı AZ1014 Azərbaycan
E-mail: [email protected]

Bir cavab yazın

Back to top button