Cümə axşamı, 21 Avqust, 2025

" İKT layihələr üzrə aparıcı mütəxəssis " vakansiyası


  • Dərc edildi: 6 Yanvar, 2022 - 17:28
" İKT layihələr üzrə aparıcı mütəxəssis " vakansiyası

PMD Projects MMC " İKT layihələr üzrə aparıcı mütəxəssis " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: ·Layihələrin İKT hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında birbaşa rəhbərinə və Layihə müdirinə hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması; ·Layihənin İKT hissəsinin cizgilərinə uyğun olaraq İKT xidmətlərinin təhlil edilməsi; ·Layihələrin İKT hissəsinin cədvəlinin hazırlanması və işlərin cədvələ uyğun getməsinə nəzarət etmək; ·Layihə şirkətlərinin təqdim etdiyi layihənin İKT hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanılması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi; ·Layihələrin İKT hissəsinin texniki tapşırıqlarının hazırlanması; ·Layihələrin İKT hissəsinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi; ·Layihələrin İKT hissəsi üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması; ·Layihələrin İKT hissəsinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak etmək; ·İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması; ·Rəhbərliyi və komandanı layihədəki yeniliklər barədə daimi məlumatlandırmaq; ·Layihələrin İKT hissəsi bitdikdən sonra yekun hesabatın hazırlanması; ·Layihə üzrə mobilizasiya ofislərinin İKT xidmətlərlə təmin olunması və texniki dəstəyin göstərilməsi; ·Layihə ilə bağlı bölgələrə işgüzar səfərlərin edilməsi; ·Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi. Tələblər: - Ali təhsil: Avtomatlaşdırma və elektronika, İnformasiya texnologiyaları və bənzəri ixtisaslar üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: İKT sahəsində azı 3 il, İKT layihələrdə azı 1 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili - orta - Kompüter bacarıqları: MS Project proqramında işləmək bacarığı, Visio və Autocad biliyi arzuolunandır - İKT layihələrin idarə olunması proseslərini bilmək; - İKT sahəsində beynəlxalq sertifikatların olması arzuolunandır; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...