“İlin fotoqrafı 2015”

23 Yanvar 2016-cı il tarixdə saat 19:00-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Fotografları Birliyinin ənənəvi “İlin fotografı 2015”ci il tədbiri keçiriləcəkdir. 1999-cu ildən hər il mütəmədi olaraq baş tutan yekun tədbirdə ayrı-ayrı illərdə Hüseyn Hüseynzadə, Sənan Ələsgərov, Rəna Əfəndi, İlqar Cəfərov, Dilavər Nəcəfov və d. fotograflarımız “İlin fotografı” olmuşlar. Bu il baş tutacaq tədbirdə 2015-ci il üçün “İlin fofografı” seçiləcək, “Qızıl”, “Gümüş” və “Bürünc” ARQUSlar öz sahiblərini tapacaq, Hüseyn Hüseynzadə adına Ümid” mükafatı təqdim ediləcək, Azərbaycan fotosənətinin yeni inkişaf tendensiyasını əks etdirən “İlin layihəsi” elan ediləcəkdir. “Fotoqrafiya sənətində xidmətlərinə görə” nominasiyasında maestro fotograf lar fərqlənəcəklər.
Qeyd etmək istərdik ki, Fotografiya sahəsində uğurlarına görə ARTFAKTOR özünün mükafatını bu tədbirdə təqdim edəcəkdir. Hər birinizi bu mötəbər tədbirdə iştiraka dəvət edirik.

Qeyd: Tədbirə giriş pulsuzdur.

Hörmətlə, Azərbaycan Fotograflar Birliyi.

Bir cavab yazın

Back to top button