27 Aprel 14:15

“İlin gənc müəllimi-2019″müsabiqəsinin I mərhələsinə qeydiyyat davam edir

“İlin gənc müəllimi-2019″müsabiqəsinin I mərhələsinə qeydiyyat davam edir. AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2019″müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək:
1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər.

2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər. Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq.
Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək. Nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.
I yerin qalibi – 1000 AZN
II yerin qalibi – 500 AZN
III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.
Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq. Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.
I mərhələdə qeydiyyatdan keçmək üçün son tarix: 20.05.2019, saat 17:00 Qeyd edək ki, “İlin Gənc Müəllimi – 2019” müsabiqəsi 23 aprel tarixindən etibarən start götürüb.
Müsabiqəyə müraciəti bu linkdən edə bilərsiz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)