9 Yanvar 17:17

“İlin könüllüsü” mükafatı üçün ərizə qəbulu davam edir! 

“İlin könüllüsü” mükafatı üçün ərizə qəbulu davam edir!

“İlin könüllüsü” müsabiqəsi Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə ölkədə könüllülük fəaliyyəti ilə məşğul olan gənclərin qiymətləndirilməsi və könüllülük fəaliyyətinin stimullaşdırılması məqsədilə həyata keçirilir.

Müsabiqənin əsas vəzifəsi ölkədə könülllü qismində iştirak edən şəxslər arasında ən fəal, təcrübəli, işgüzar, bacarıqlı və çalışdığı komanda arasında fərqlənməyi bacaran gənclərin seçilməsi, mükafatlandırılması, həmçinin bu və müxtəlif vasitələrlə digər gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına səfərbər olunmasıdır.

Mükafatlar:

• 1000 AZN pul mükafatı
• “İlin könüllüsü” diplomu
• “İlin könüllüsü” yaxa nişanı

Müsabiqənin nominasiyaları:

• Dövlət qurumlarında könüllülük
• Ekoloji könüllülük
• Sosial könüllülük
• Genişmiqyaslı tədbirlərdə könüllülük
• Qeyri-hökümət təşkilatlarında könüllülük

“İlin Könüllüsü” adının və mükafatın sahibi olmaq istəyirsənsə, elə indi müraciət et: www.ilinkonullusu.az

MÜRACİƏT VƏ QEYDİYYAT ZAMANI DİQQƏTLİ OL!

1. Ərizə formasında soruşulan sualların tam və düzgün cavablandırılmalıdır.
2. Video-intervyusunu təqdim etməyən müraciətçilərin namizədliyi qeydə alınmayacaq.
3. Videonun müddəti 2 dəqiqə olmalıdır.
4. Videoda üzünüz aydın şəkildə görünməli, səsiniz normal eşidilməlidir.
5. Çəkdiyiniz videonu internetə yükləyərək linkini ərizə formasına daxil etməlisiniz.
6. Ərizə formasında əlaqə məlumatlarınız dəqiq və düzgün qeyd olunmalıdır.

Qeydiyyat üçün son tarix: 25 yanvar 2018-ci il saat, 23:59-dur

Bəyən və paylaş

Rəylər

rəy(lər)