25 İyun 16:29

İlkin Yardımı Sən Et!

İstənilən vaxt baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkənlərə yardım göstərmək insanlıq borcudur! İlkin yardım qaydalarını bilmək isə sizin və yaxınlarınızın həyatını xilas edə bilər. Siz də ilkin yardımla bağlı məlumatlı olmaq, biliklərinizi artırmaq istəyirsinizsə, 27-28 iyun tarixlərində saat 09:30-13:00-da Binəqədi Gənclər Evi və Qızıl Aypara Cəmiyyətinin (Azerbaijan Red Crescent Society) təşəbbüsü ilə keçiriləcək təlimlərdə iştirak edin. Binəqədi Gənclər Evində təşkil edilən təlimlərdə əhatə olunacaq mövzular:
İlk yardım haqqında anlayış
Qıcolma

Ürək-ağciyər reanimasiyası
Süni tənəffüs
Nəfəs yollarının yad cismlə tutulması
Sınıqlar
Qanaxmalar
Yanıqlar
Təlimlərdə iştirak etmək üçün qeydiyyat linki:
https://docs.google.com/…/1CyISOeZUxLRDVEZxF-z9f8…/viewform…
📣Son qeydiyyat tarixi: 26 iyun, 16:00

Əlaqə nömrəsi: (012) 561 92 02 / (055) 423 92 02
📍 Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 112)
📧 Email ünvanı: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)