10 İyul 09:02

İmpler Sosial Media Agentliyi Sosial Media Meneceri vakansiyası elan edir

İmpler Sosial Media Agentliyi Sosial Media Meneceri vakansiyası elan edir.

Bu vəzifəni icra edəcək şəxs sosial media komandasının tərkibində əsasən sosial media səhifələri üçün paylaşımların hazırlanması ilə məşğul olacaq.

Vəzifə öhdəlikləri:

• Sosial Media səhifələri üçün kontentin yaradılması;
• Kreativ postların hazırlanması;
• Məqalələrin yazılması;
• Kampaniya təkliflərinin hazırlanması;
• Kontentlə bağlı müxtəlif təkliflərin və ideyaların verilməsi.

Tələblər:

• Sosial Media üçün kontent hazırlanamaq işində azı 1-2 illik iş təcrübəsi;
• İnterneti sevən aktiv sosial media istifadəçisi;
• Yaradıcı və maraqlı ideyalarla aşıb daşan;
• Yazı yazmaq, fikirlərini izah etmək bacarığına malik;
• Öyrənməyə həvəsli və ünsiyyətcil;
• İşinə qarşı diqqətli və məsuliyyətli olan.

Uğurlu namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• Təhsil: Ali;
• Müvafiq iş təcrübəsi;
• Azərbaycan dili – mükəmməl səviyyədə bilməli;
• Rus və İngilis dillərininin birini yaxşı, digərini azı orta səviyyədə bilməsi böyük üstünlükdür.

Biz nə söz veririk:

• Professional komandada böyük təcrübə;
• Mehriban iş mühiti, rahat ofis şəraiti;
• Heç vaxt heç bir səbəbə kəsilməyən və ildə 1 dəfə artan maaş;
• Uğurlu iş ilinin sonunda 50% həcmində 13-cü maaş;
• İş qrafiki həftə içi 5 gün, saat 9:00-18:00.

Başlanğıc maaş təklifi namizədin təcrübəsindən asılı olaraq 500-700 manat arası dəyişəcək.

Yuxarıda qeyd olunmuş tələblərə uyğun gələn şəxslər CV, motivasiya məktubu və işlərinin nümunələrini (portfolio) [email protected] ünvanına göndərə bilərlər. Subject (məktubun başlığı) yerində “Social Media Manager” yazmağınız xahiş olunur.

Yalnız göndərdiyi məktubda işi icra edə biləcəyinə inandırmağı bacaran namizədlərlə əlaqə saxlanılacaq. Üstünlüklərinizi və nailiyyətlərinizi izah edən maraq məktubu, səliqəli, dolğun CV müsahibəyə dəvət olunmaq şansınızı artırır.

Bəxtəbəxt göndərilən standart CV-lər nəzərdən keçirilmir.

Deadline yoxdur, müraciət daxil oluqca nəzərdən keçiriləcək (uyğun namizəd tapıldığı halda seçim dayandırılacaq).
Şirkət haqqında daha ətraflı məlumat üçün: www.impler.com

Bəyən və paylaş

Rəylər

rəy(lər)