22 May 16:30

“İMTAHAN HƏYƏCANINI İDARƏ ET” təlimi – Sumqayıtda

DİQQƏT! ÖDƏNİŞSİZ TƏLİM!

Zaman-zaman təhsildə və işlərimizdə motivasiyaedici təsirlərə ehtiyac yaranır. Bu təsirlər bizi yenidən hərəkətə gətirir.
Miracle İnnovation Center-in ilk təlimi abituriyentlər üçün nəzərdə tutulub.

İmtahan həyəcanı imtahanın özündən daha ağırdır? İmtahan qorxusu sizi rahat buraxmır? Bu həyəcan motivasiyanızı pozur? Hansı nəticə göstərəcəyiniz sizi qayğılandırır?
Elə isə bu təlim imtahan həyəcanına qarşı reseptdir!
Miracle İnnovation Center təqdim edir:
“İMTAHAN HƏYƏCANINI İDARƏ ET” təlimi
Təlimçi: Orxan Oruc
Belçika Ghent universitetində magistr təhsili alıb. Bakıda müxtəlif psixologiya mərkəzlərində çalışıb. Avropa Gənc Psixoloqlar Assosasiyasının Azərbaycan üzrə milli nümayəndəsi olub. 2017-ci ildə keçiriləcək Avropa Gənc Psixoloqlar Assosasiyasının 31-ci ümumavropa qurultayının təşkilat komitəsinin həmsədridir. Türkiyədə İstanbul Marmara Universitetində və “Nörokey” Fərdi və Təşkilati İnkişaf Mərkəzində təcrübə keçib. Abituriyentlərin ixtisas seçimi ilə bağlı həyata keçirilən “Peşəm gələcəyimdir” layihəsinin rəhbəri olub. Hal-hazırda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsində baş məsləhətçi (təlimçi-psixoloq) vəzifəsində çalışır. Ümumilikdə 3550 iştirakçıya 1520 saat təlimçilik və 5 illik fərdi psixoloji məsləhətçi təcrübəsi var.
Ünvan: Sumqayıt Gənclər evi
Təlimin tarixi:28 may 2016 ci il
Saat: 16:00
Qeydiyyat üçün əlaqə nömrəsi:
018 65 5 06 26 055 601 06 26

Bəyən və paylaş

Rəylər

rəy(lər)