20 Fevral 18:35

İmza günü-2 : “Könüllülük uğur formulu” kitabı

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi gənclərin, tələbələrin və könüllülərin istəklərini nəzərə alaraq öz tərəfdaşları ilə birgə 24 fevral 2018-ci il tarixində, saat 16:00-dan 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bir Könüllü Tələbə-Könüllü Proqramı, Bakı Şəhər Halqası Könüllüləri (Baku City Circuit Volunteers) və ASAN könüllüləri/ASAN Volunteers Təşkilatının təşkilatçılığı ilə tələbə-könüllülər üçün Bravo Supermarket Azerbaijan-da yerləşən LIBRAFF kitab mağazasında (Əhmədli qəsəbəsi, keçmiş Radiozavod) “Könüllülük uğur formulu” kitabının növbəti imza günü keçirəcək. İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayev tərəfindən imzalanmış kitablar könüllülük hərəkatından məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.
“Könüllülük uğur formulu” gənclərin şəxsi inkişaf kitabı Azerbaycan Turizm ve Menecment Universitetinin Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.
Kitab gənclərin və tələbələrin şəxsi inkişafında könüllülük fəaliyyətinin rolundan bəhs edir. Bu dəfə də 1-ci imza günündə iştirak edə bilməyən tələbə və könüllülərə “Könüllülük: uğur formulu” kitabınən hədiyyə edilməsi nəzərdə tutulur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)