“İncəsənət dueti” adlı layihəsinin açılışı keçirilib

26 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İncəsənət dueti” adlı layihəsinin açılışı keçirilib. Açılışda rəssamlar öz məharətlərini göstərərək nümunəvi rəsmlər çəkmişlər. Qeyd edək ki, layihənin keçirilməsi üçün ilk növbədə rəssamlıq və musiqi yönümlü təhsil müəssisələrində sorğular keçirilmiş, Azərbaycanının incəsənət, rəssamlıq və musiqi sahələrində təhsil alan, eyni zamanda məzun olmuş gənclər iştirak edə bilərlər. Layihə ərzində əvvəlcədən seçilmiş 15 nəfər rəssam və 15 nəfər musiqiçi iştirak edəcək. Seçilmiş rəssamlar 10 gün ərzində həmin musiqiçilərin portretlərini ifa etdikləri musiqi alətləri ilə birgə çəkəcəklər. Sonra isə bu portretlər həmin rəssam və musiqiçilərin iştirakı ilə sərgilənəcəkdir. Sərgidə musiqiçilər hər kəs öz portretinin yanında əylşərək öz alətlərində növbə ilə klassik musiqilər ifa edəcəklər, sərgi gedişatında əvvəlcədən hazırlanmış birgə kompozisiyalar da ifa olunacaqdır , eyni zamanda rəssamlar da sərgi salonunda canlı olaraq öz yeni əsərlərini yaratmağa davam edəcəklər. Ümumiyyətlə layihə 2 ay ərzində davam edir, lakin sərgi hissəsi isə 10 gün müddətində Bakı şəhərinin sərgi salonunda həyata keçiriləcəkdir. Sonda istedadlı gənclərimizin əsərləri toplanacaq, münsiflər heyəti tərəfindən qiymətləndirəcək, I,II,III yerləri tutmuş qaliblər isə diplom və hədiyyələr ilə təltif olunacaq.

12395407_815923915184617_1203165327_n 12404264_815923921851283_1226710668_n

Bir cavab yazın

Back to top button