12 Yanvar 15:08

InDesign Adobe nədir və necə istifadə edilir

InDesign, Freehanda kimi proqramdır.Çox səhifəli jurnal, qəzet, kitabların hazırlanmasında son versiyası ilə birlikdə işinizə çox kömək edəcək möhtəşəm xüsusiyyətlərə sahibdir. Adobe Mocromediayı satın aldıqdan sonra FreeHand-in inkişafı dayandı, bütün gücünü InDesign-a yönləndirdi. InDesign-ı ilə FreeHand-ı müqayisə etmək mümkün deyil, çünki çox inkişaf etmiş bir proqramdır.

InDesign-da çox səhifəli işlərinizi asanlıqla hazırlaya bilərsiniz. Bunun üçün lazımi funkisyalar əlavələr var . InDesign istifadə edərəkən bir Microsoft Word istifadə edəcək qədər rahat hiss edirsiniz. Menyuları çox qarışıq deyil, bir az tanış olduqdan sonra, adaptasiya olursunuz. Digər Adobe proqramlarından məlumatınız və təcrübəniz varsa bu vaxt daha sürətli olur.

  • Effektlər kateqoriyasından Photoshop-a oxşayan effektləri bir başa səhifə mizanpajında yoxlaya bilirsiniz. Əlavə etdiyiniz obyektlərə qarışdırma rejimləri, şəffaflıq və s. Digər effektləri tətbiq edə bilirsiniz. Və asanlıqla yenidən istifadə etmək, paylaşmaq üçün effektləri obyektin bir hissəsi olaraq yadda saxlaya bilirsiniz. Bundan başqa, keçiş effektləri də var, bunlar çox istifadəyə yararlı, çox təsir edicidir.
  • Əlavə etdiyiniz fotoların ətrafını mətinlərlə çərçivələyə bilirsiniz. Həm də, sadəcə bir düymə ilə. Məsələn, bir foto əlavə etdiniz, sadəcə bir düyməyə toxunaraq o səhifədə olan yazının fotonun ətrafını çərçivələmisini edə bilərsiniz.
  • Birdən çox fayl import edə bilirsiniz. Bir çox formatı dəstəkləyir. (PSD AI, EPS.. )
  • Səhifələrə öncədən baxış paneli var.
  • Veb dizaynerlər bilir, CSS oxşar bir proqram InDesign daxilində də var. Əvvəlcədən təyin edilmiş formaları hər səhifəyə tətbiq edə bilirsiniz. Stili dəyişdiyiniz zaman o stili istifadə etdiyiniz bütün səhifələr eyni zamanda dəyişir. Stillər mövzusu çox geniş bir mövzudur. Bir çox mövzuda stil təyin edə bilərsiniz; çərçivələr,xarakterlər, paraqraflar, fontlar və s.- Bundan başqa XHTML olaraq da yadda saxlana bilir.
  • Word-dən tanış olduğumuz üst məlumat, alt məlumat, səhifə nömrələri kimi işləri InDesign-ın içərisində rahatlıqla istifadə edə bilirik. Kateqoriyalara görə başlıqlar, səhifə nömrələmələri də mümkün olur.

 

Mizanpaj nədir?

 

Mizanpaj söz olaraq mənası qəzet, jurnal və b. çox səhifəli çap materiallarında səhifə nizamı deməkdir.

Qəzetçilikdə və jurnal səhifələrində xəbər qədər vacib olan digər bir amil də oxuculara çatdırılacaq mesajın ən düzgün şəkildə necə çatdırılmasını təyin etməkdir.
Mizanpaj, indiki adı ilə səhifə nizamı adı verilən işləmə forması nəşriyyat orqanlarının vacibliyinə çox böyük təsir göstərməkdədir.

Keyfiyyətli bir mizanpaj çap materialının viziuallığını dəyişərək, istifadəçinin çapa olan sempatiyasını və bağlılığını artırır. Rəqiblərinin gözündə dəyərli bir yerə gətirir. Qısacası mizanpaj bir nəşriyyat üçün əsas bünövrəsi kimidir.

Mizanpaj Necə Hazırlanır?

Uğurlu bir mizanpaj hazırlamaq üçün ya çox təcrübəli olmalısınız, ya da düzgün proqramlardan istifadə etməlisiniz. Hər nə qədər təcrübəli-təcrübəsiz bütün istifadəçilərə, uğurlu bir mizanpajlar hazırlamaq üçün Adobe InDesign tövsiyyə edirik.
Əlbəttə bir InDesign olmasada QuarkXPresst-də uğurlu mizanpajlar hazırlamaq mümkündürş QuarkXPress qezət çaplarında uzun müddətdir istifadə edilir.

 

Bu və ya digər dizayn proqramlarını rahatlıqla öyrənib, gələcək işlərinizdə istfadə edə bilərsiniz. Bunun üçün müxtəlif imkanlar vardır. Bunlardan biri də STEP İT AKADEMİYA-ya müraciət etməkdir. Həm öyrənir, həm də beynəlxalq sertifikatlar əldə edə bilərsiniz. Ətraflı məlumat: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)