“İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda İctimai Debat 

“İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda İctimai Debat

4 avqust 2020-ci il tarixində saat 18:00-da onlayn formatda ZOOM tətbiqi üzərindən düşmənlə informasiya müharibəsində düzgün məlumatlanmanın təmin edilməsi, qeyd olunan mövzunun fərqli mövqelərinin müzakirə olunması məqsədilə “İctimai Debat” keçiriləcək.

İnformasiya müharibəsinin əsasında məhz informasiyanın dayandığını və onun da hazırki media və sosial media vasitəsilə sürətlə yayıldığını nəzərə alsaq, bu müharibənin aparılması əvvəlki dövrlərə müqayisədə daha dərin və çevik strategiya və taktikanın işlənməsini, informasiya təhlükəsizliyi məsələsinin daim gündəmdə olmasını zəruri edir.

Bəs rəqəmsal transformasiya dövründə informasiya müharibəsi necə aparılmalıdır və adekvat davranış necə tətbiq olunmalıdır?

Düşmənlə informasiya müharibəsində düzgün məlumatlanmanı mənimsəmək üçün sizləri “İctimai Debat”a qoşulmağa dəvət edirik.

Qeydiyyat üçün link: https://bit.ly/2BExVer

İctimai Debat Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Milli Debat Proqramının təşkilati dəstəyi ilə keçiriləcək.

Qeydiyyat üçün son tarix: 02.08.2020-ci il saat 23:59

—-

Gəlin İctimai Debatın spikerlərini yaxından tanıyaq.

Kərim Kərimov – Bakı Dövlət Universitetində bakalavr, Barselona Universitetində magistr təhsili almışdır. Hazırda “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təsisçisi və sədridir. Həmçinin, Barselona Azərbaycan Evi’nin rəhbəridir.
Ətraflı: https://bit.ly/2P7ISZ5

Seyidməmməd Məmmədzadə – Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili almışdır. Hazırda Qaradağ rayon YAP Gənclər Birliyinin sədri, həmçinin AMEA Tarix İnstitutunun doktorantıdır.

Bir cavab yazın

Back to top button
Close