“İnformasiya Təhlükəsizliyi” ixtisası üçün müəllim vakansiyası

Bakı Ali Neft Məktəbi “İnformasiya Təhlükəsizliyi” ixtisası üçün müəllim vakansiyası elan edir.
Vakansiyada olan fənlər:
• İntroduction to Cryptography;
• Software Engineering;
• Cloud Computing and Blockchain;
• Multiagent System security.
Tələb olunanlar:
• Ali təhsil (Kompüter elmləri, İnformasiya sistemləri və Kompüter mühəndisliyi ixtisaslı namizədlər);
• Tədrislə bağlı iş təcrübəsi (ən azı 1 il);
• İngilis dili bilikləri (tədris ingilis dilindədir)
• Müvafiq sahə üzrə sertifikatlar
• Tam ştata gələn müəllim 5 günlük iş rejimində işləmə imkanına sahib olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsinə “İnformasiya Təhlükəsizliyi- muellim” göstərilməsi xahiş edilir.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Related Articles