4 Mart 16:37

İnformasiya təhlükəsizliyi şöbəsinə baş mütəxəssis vakansiyası

“ABB” ASC İnformasiya təhlükəsizliyi şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
 Şəbəkə problemlərini müəyyən edib həll etmək;
 Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
 Avadanlıq və təhlükəsizlikə aid olan proqram təminatlar sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi;
 İnformasiya təhlükəsizliyinin texniki sahəsi üzrə digər işlərin görülməsi.

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Analitik təhlil;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
 Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
 İngilis və Rus dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
 Server OS-ləri ilə iş üzrə baza bilikləri;
 Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
 Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).
 Şəbəkə avadanlıqları ilə iş bacarıqı Cisco (Router, Switch, Firewall ASA and PIX) Palo alto Firewall, F5 Web application Firewall. Working skills with Routing and Switching. ESXI Virtual servers;

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 11 mart 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnformasiya təhlükəsizliyi şöbəsinə baş mütəxəssis Edumap.az” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)