17 Oktyabr 14:28

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək

14 dekabr 2018-ci il tarixində AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı keçiriləcək.

Konfransın istiqamətləri:

İnformasiya təhlükəsizliyinin multidissiplinar humanitar problemləri

Qlobal informasiya məkanında dövlətlərin informasiya suverenliyi problemləri

Sosial media və informasiya təhlükəsizliyi

E-dövlətin informasiya təhlükəsizliyi problemləri

Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması problemləri

İnformasiya təhlükəsizliyi sahəsində koordinasiya problemləri

E-xidmətlərin və e-kommersiyanın informasiya təhlükəsizliyi

Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həlllər

Şəbəkə və kommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi

Proqram mühəndisliyi: təhlükəsiz və etibarlı proqram sistemlərinin işlənməsi problemləri

Veb-sistemlərin təhlükəsizliyi

Bulud texnologiyalarının təhlükəsizliyi

Əşyaların İnterneti və informasiya təhlükəsizliyi

Kiber-fiziki sistemlərin informasiya təhlükəsizliyi

Big Data texnologiyalarının informasiya təhlükəsizliyi problemləri

Biometrik informasiya texnologiyaları

İnformasiya təhlükəsizliyi risklərinin və insidentlərinin idarə edilməsi problemləri

İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri

İnformasiya təhlükəsizliyi üzrə kadr hazırlığı

Konfransa təqdim olunan məqalələrin tərtibatına dair tələblər:

Əvvəllər çap olunmamış və konfransın elmi istiqamətlərinə uyğun aktual elmi-praktiki problemlərə dair məqalələr qəbul olunur.

Məqalələr, həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə, elektron şəkildə [email protected] ünvanına təqdim edilməlidir.

Məqalədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunmalıdır.

Məqalənin formatı konfrans məqalələri üçün IEEE standartına uyğun olmalıdır. Məqaləyə ingilis dilində müəllif(lər)in soyad(lar)ı, məqalənin adı və xülasəsi əlavə edilməlidir.

Konfrans üçün IEEE şablonunu buradan yükləmək olar: Sample_IEEE.doc.

IEEE şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_AZ.doc.

Mühüm tarixlər

30 noyabr 2018-ci il – Məqalələrin təqdim edilməsinin son günü

07 dekabr 2018-ci il – Məqalələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü

14 dekabr 2018-ci il – Konfransın günü

Əlaqə məlumatları:

AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel: (+994 12) 539 01 67

(+994 12) 510 42 53

E-poçt: [email protected]

Faks: (+994 12) 539 61 21

Bəyən və paylaş

Rəylər

rəy(lər)