İnformasiya texnologiyaları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya

“Kaspi” Beynəlxalq Məktəbi İnformasiya texnologiyaları üzrə kiçik mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

 

Minimum vakansiya tələbləri:

  • İnformasiya Texnologiyaları sahəsində orta ixtisas və ya ali təhsil;
  • İT sahəsində 1 ilədək təcrübə;
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
  • Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.

 

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
  • Windows ƏS üzrə biliklər;
  • Windows server üzrə təməl biliklər;
  • MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LAN, WAN, DNS, DHCP sistemləri üzrə biliklər;
  • Şəbəkə printerləri, modem, marşrutlayıcı (router), çeviricilər (switch) üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);

 

Vəzifə öhdəlikləri:

  • İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
  • Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
  • Məlumatların arxivləşdirilməsini təşkil etmək;
  • Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
  • İT dəstək, infrastrukturu və sistemləri idarə etmək;
  • Şəbəkə printerlərinin, şəbəkədə paylaşılan qovluqların, IP telefonların, marşrutlayıcı (router) və çeviricilərin (switch), şəbəkədə olan kamera və girişin idarə edilməsi mexanizminin və s. işləməsini təmin etmək;

 

İş yeri: “Kaspi” Beynəlxalq Məktəbi (Ünvan: Natiq Əliyev 26)

Son müraciət tarixi: 16.06.2021
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir