13 Mart 17:05

İnformasiya Texnologiyaları üzrə köməkçi vakansiyası

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə İnformasiya Texnologiyaları üzrə köməkçi tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli;

• Mövcud Windows əməliyyat sistemlərinin qurulması və sazlanması
• Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis ,Antivirus və s. proqramları ) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
• İT avadanlıqlarının quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli;
• Kompyüter və noutbukların diaqnostikası, sazlanması, modernizasiyasını təmin etmək (RAM, HDD, Power supply və s. )
• Printerlərin sazlanması və periferiya qurğularında ortaya çıxacaq problemlərin həll edilməsi
• Switch, modem, IP kamera DWR və s. kimi aktiv şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanması
• Lokal şəbəkənin qurulması və yaranmış nasazlıqların aradan qaldırılması
• Windows server əməliyyat  sistemləri  üzrə  ilkin biliklər.

Tələblər:

• İnformasiya Texnologiyaları sahəsində ali  texniki təhsil
• İT sahəsində ən azı  1- 2  il iş təcrübəsi
• Microsoft server sistemlərindən və Cisco şəbəkə avadanlığlarından  anlayış
• Ingilis və Rus dillərini bilmək
• Microsoft Certified Professional sertifikatı olanlara üstünlük veriləcəkdir

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 28/03/2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)