19 Fevral 09:42

İngilis dili müəllimələri üçün 3 aylıq ödənişli təcrübə proqramı

Özünə və biliyinə güvənən ingilis dili müəllimələri 3 aylıq təcrübə proqramında iştirak etməklə həm real iş mühiti, həm də gələcəkdə peşəkar kimi formalaşmalarına yardımçı olacaq təcrübə və bacarıq əldə edəcəklər, dərs keçmək qabiliyyətlərini inkişaf etdirmiş olacaqlar.

Namizəd üçün meyarlar: –

20- 25 yaş aralığı;

– İngilis dilini yaxşı səviyyədə bilməli;

– Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmək bacarığına sahib olmalı;

– Fikrini sərbəst ifadə etməli və səbrli olmalı.

Bu proqram özünü inkişaf etdirmək, iş sferasında təcrübə yığmaq istəyənlər üçün nəzərdə tutulub. İş qrafiki müsahibə mərhələsində fərdi olaraq müzakirə olunacaq. Təcrübə Proqramını uğurla başa vuran şəxs sertifikatla yanaşı işlə təmin olunmaq imkanı da əldə edəcək. Təcrübəçilərə ödəniş nəzərdə tutulur.

Maraqlanan şəxslər CV formalarını “motivasion letter” ilə birlikdə [email protected] ünvanına “Təcrübəçi” yazaraq göndərə bilərlər. Seçim 2 mərhələdən ibarət olacaq. Göndərilmiş CV formaları əsasında ən uğurlu CV formaları seçilərək müsahibə mərhələsi üçün dəvət olunacaqlar.

Əlavə məlumat və suallarınız üçün  nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)