7 Oktyabr 14:00

İngilis dili Müəllimi Vakansiyası

ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və Xaricdə Təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir. ROOF Academic Training olaraq strateji baxışımız xidmətlərimizdə təmin etdiyimiz keyfiyyəti saxlamaqla yerli təhsil bazarının öndə gedən liderinə çevrilməkdir. Bu vizyona bizimlə birlikdə çatmaq istəyən İngilis dili Müəllimlərini komandamıza qoşulmağa dəvət edirik.
VƏZİFƏLƏRİNİZ:
• Tələbələrə sinif mühazirələrini təşkil etmək;
• Sinif işlərini və tapşırıqlarını qiymətləndirmək;
• Ev tapşırıqları və dərslikər hazırlamaq;
• Dərsə davamiyyət və aktivliyinin qeydiyyatını aparmaq;
• Müxtəlif dərs metodlarından istifadə etməklə dərslərin daha interaktiv keçməsini təmin etmək.
TƏLƏBLƏRİMİZ:
• Minumum bakalavr dərəcəsi (cari və məzun);
• Minimum strong Intermadiate səviyyədə İngilis dili biliyi;
• Vəzifə üzrə minimum 1 il iş və pedaqoji təcrübə üstünlükdür;
• IELTS, TESOL, TKT sertifikatlarının olması üstünlükdür.
TƏKLİFLƏRİMİZ:
• Full-time və ya Part-time iş imkanı;
• Performans yönümlü əməkhaqqı:
• Şəxsi və peşəkar inkişaf proqramları (məsələn: IELTS, TESOL, TKT sertifikatları);
• Yüksək motivasiyalı komanda ilə işləmək imkanı.
Maraqlı şəxslər elektron poçtun Mövzu yerinə “İngilis dili Müəllimi Edumap.az” qeyd edərək CV-lərini “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur.
Bəyən və paylaş

Rəylər

rəy(lər)