İngilis dili müəllimlər üçün yeni layihə

Speak Glocal Platforması məcburi köçkün məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimlər üçün yeni layihə elan edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2020-ci ilin son aylarında Speak Glocal platforması məcburi köçkün məktəblərində ingilis dilini tədris edən müəllimlər üçün yeni layihəyə başlayacaq. Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təhsilə dəstək təşəbbüsü fonunda bu layihə məcburi köçkün müəllimləri və şagirdlərini düzgün hədəflərə yönəltmək naminə sıx əməkdaşlıq bağları qurub.

Əsas məqsədimiz nədir?

– İngilis dili müəllimləri üçün onlayn tədrisin təşkil olunmasında müxtəlif alətlərin və fəaliyyətlərin tətbiqi;
– Tədrisdə rəqəmsal alətlərin və yeni metodların istifadəsi;
– İngilis dili müəllimlərinə dil və tədris bacarıqlarını inkişaf etdirmək və aktivləşdirmək üçün dəstək verilməsi;
– Müəllimlərin ingilis dili biliklərini təkmilləşdirmək və tələbə yönümlü, fəaliyyətə əsaslanmış müasir metodikanı inkişaf etdirmək.

Beləliklə şagirdlər ingilis dili müəllimlərinin daha yaxşı öyrədilməsindən bəhrələnəcək və bununla da ingilis dili bacarıqlarını və iş qabiliyyətlərini artıracaqlar.

Onalyn keçiriləcək proqram iki hissədən ibarət olacaq:
1. Müəllimlər üçün təşkil olunmuş seminarlar
2. Şagirdlər üçün təşkil olunmuş tədbir

Təlim Ukraynadakı “Go Global” tərəfdaş təşkilatımızın mütəxəssisləri tərəfindən keçiriləcəkdir.
GoGlobal Ukraynada yaradılmış və ölkə daxilində 1700-dən çox məktəb və 160.000 şagirdlə işləyən təhsil platformasıdır.

Belə ki, layihə çərcivəsində məcburi köçkün məktəblərində ingilis dilini tədris edən 50 müəllim seçiləcək. Müəllimlər 8 vebinarda iştirak edəcəklər.
Bundan sonra 50 müəllimdən 10 müəllim seçilərək məcburi köçkün məktəblərində təhsil alan şagirdlərə 2 günlük təlim keçəcəklər.

Bu layihə kimlər üçündür?

– Məcburi köçkün məktəblərində ingilis dili müəllimi kimi fəaliyyət göstərənlər.

Nə vaxt?
– 2020-ci ilin noyabr və dekabr ayları boyunca hər şənbə günü

Nə?
– Beynəlxalq tərəfdaş “Go Global” tərəfindən keçirilən 8 vebinar, Speak Glocal və ABŞ Səfirliyi tərəfindən imzalı sertifikat

Layihədə iştirak ödənişsizdir

Təlimdə iştirak etmək üçün tələblər:
3 ildən çox ingilis dilinin tədrisi üzrə təcrübə
Göstərilmiş tarixlərdə onlayn seminarlarda iştirak
Sabit internet
Onlayn seminarlara qoşulmaq üçün noutbuk və smartfon

Qeydiyyat üçün link: shorturl.at/eruxP
Son tarix: 10 oktyabr 2020
Seçim prosesi ərizələrin qəbulu ilə paralel aparılacaq, ona görə müraciət etməyə tələsin.

Əlavə suallar üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiz: 0506828478 Arzu Ağazamanova

“Speak Glocal” artıq 1 ildən çoxdur ki, fəaliyyət göstərən, Azərbaycanın bütün regionlarından olan, ingilis dilini innovativ təlim metodu ilə tədris edən 500-ə yaxın müəllimdən ibarət cəmiyyət formalaşdıran və peşəkarlığı yüksəldən bir platformadır

Bir cavab yazın

Back to top button