İngilis dilində "conversation"ları idarə etmək üçün moderatorlar (2 nəfər) axtarılır!

İngilis dilində "conversation"ları idarə etmək üçün moderatorlar (2 nəfər) axtarılır! Görəcəyi işlər və İş rejimi: - İş remote olacaq - Conversation mövzu və suallarını tərtib etmək - Hər gün, gün ərzində 1 və ya 2 conversation keçirilir, hər conversation 1 saat olacaq - Ay ərzində 1 blog yazmaq - Sosial şəbəkələrdəki müəyyən quruplarda saytın reklamı Tələblər: - Güclü internet və yaxşı kameralı kompyuterin olması mütləqdir - İngilis dilində ali təhsil və ya bunu əvəz edə biləcək kurs sertifikatı - İngilis dili müəllimi və ya moderator kimi təcrübə üstünlükdür - Rus dili biliyi üstünlükdür (rus dili "conversation"larında da moderatorluq edərək əlavə gəlir əldə edə bilər) İlk 2 həftə sınaq həftəsidir, belə ki, müraciət edən şəxslərin moderatorluq bacarıqlarının yoxlanılması məqsədilə hər kəsə 1 conversation idarə etməsi üçün imkan yaradılacaq. Daha sonra müraciət edən şəxslərin moderatorluq fəaliyyəti nəzərə alınaraq 2 nəfərlə ödənişli şəkildə əməkdaşlığa davam edəcəyik. Hər bir moderator üçün nəzərdə tutulan ödəniş ilk ayda 150 AZN-dir. Əlavə olaraq platformamızın bütün xidmətlərindən ödənişsiz yararlana biləcəklər. Vakansiyaya uyğun namizədlər zəhmət olmasa, cv-lərini qeyd olunan mail ünvanına göndərsinlər: [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az