24 Mart 16:04

“İNİKAS” 2 qeydiyyat davam edir

Psixologiyaya aid mövzuları əhatə edən “İNİKAS” layihəsinə tezliklə müsahibə başlayacaq!

Hal-hazırda cəmiyyətimizin üzləşdiyi problemlərdən biri psixi problemlərdir. Hər nə səbəbdən olursa olsun gənclərimizin müəyyən psixi problemləri olursa bu problemlərin aradan qaldırılması,yaxşılaşdırılması və pozitiv düşünən gənc kimi formalaşmasında müəyyən üsullardan istifadə olunmalıdır. Bu üsullardan biri də öz sahəsində ixtisaslaşmış şəxslərdən yardım almaqdır. Cəmiyyətimizdə psixoloqdan yardım almaq səhv başa düşüldüyündən gənclərimiz bu yardımdan imtina edirlər. Məhz buna dayanaraq psixologiyaya olan marağın artırılması yönündə belə təlimlər silsiləsinin keçirilməsi zərurət daşıyır.“ASAN Könüllüləri” gənclər təşkilatı və “Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən keçirilməsi nəzərdə tutulan “Inikas” layihəsinin əsas məqsədi də gənclərin psixi sağlamlığının qorunması, psixoloji gərginliklərdən azad olub gələcəkdə vətəni üçün sağlam bir gənc kimi yetişməsidir. Layihədə ASAN könüllüləri üçün təlim paketi nəzərdə tutulub. Təlim paketinə daxildir:
1. İnsan psixikası – beynimiz necə işləyir?
2. Psixi sağlam yaşamaq
3. Manipulyasiya

4. Müsahibələrə psixoloji hazırlıq
Təlimlәr “Gənc Psixoloqlar” ictimai birliyinin təlimçiləri tərəfindən həyata keçiriləçək. Bu təlimlər nəticəsində gənclər həm özlərini həm də insanları daha yaxşı tanıyıb analiz etmək bacarığına yiyələnəcəklər.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)