5 İyul 12:37

“İnkişaf Bi(r)likdədir!” devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə Yeniliyə Doğru Gənclər Fondunun təşkilatçılığı ilə “İnkişaf Bi(r)likdədir!” devizi altında qiymətli kağızlar sahəsində biznes simulyasiya yarışı keçirir.
Bu yarışda gənclər, 4 nəfərdən ibarət komanda şəklində iştirak edərək virtual bazarda rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəklər. Onlar virtual bazarda dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək idarə etdikləri kapitalın artmasını təmin etməlidirlər. Ən yüksək nəticə göstərərək iştirakçılar, nəinki qalib olacaq, habelə real maliyyə bazarında real vəsaitlə ticarət etmək şansını qazanacaqlar!

Qeydiyyat

Bəyən və paylaş