25 Yanvar 15:50

“İnkişafda Sən-2“ layihəsinə start verilir

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evinin (Xəzər Gənclər Evi / Khazar Youth Center ) birgə təşkilatçılığı ilə “İnkişafda Sən-2“ layihəsinə start verilir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək.

– Düzgün CV hazırlamaq;

– İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
– Nitq mədəniyyəti;
– Bədən dili;
– Kollektivlə iş (Komanda işi);
– Liderlik;
– Şəbəkələşmə və onun əhəmiyyəti;
– QHT-lərdə işin şəxsi inkişafda rolu.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Xəzər Gənclər Evində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

Layihənin keçiriləcəyi tarixlər: 09.02.2019 – 30.03.2019

Əlaqə: Mob:(+994)558852230

E-mail: [email protected]

Qeydiyyat Linki : https://bit.ly/2B4cqjQ

Müraciət üçün son tarix: 02.02.2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)