9 Oktyabr 10:11

“İnkişafda Sən” layihəsinə qeydiyyat başladı

Cavan yeni layihəyə qəbul elan edir.

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evi “İnkişafda Sən” layihəsinə start verir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcəkdir:

– Düzgün CV hazırlamaq;
– İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
– Nitq mədəniyyəti;
– Bədən dili;
– Kollektivlə iş (Komanda işi);
– Liderlik;
– Şəbəkələşmə və onun əhəmiyyəti;
– QHT-lərdə işin şəxsi inkişafda rolu.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Qeydiyyat linki: https://goo.gl/PPyLmQ

Müraciət üçün son tarix: 15 oktyabr

Bəyən və paylaş

Rəylər

rəy(lər)