“İnnovasiya və inkişaf üçün mədəniyyət və yaradıcılıq” forumu

Çox PisPisNormalYaxşıÇox Yaxşı (2 Bal, Təqribi: 5,00 Ümumi 5)
Loading...

Forumda Avropa İttifaqından uğurlu nümunələr gətiriləcək, habelə Azərbaycandan olan ən yaxşı təcrübələr və misallar vurğulanacaq. Aİ-Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı çərçivəsində təşkil edilən Milli Mədəniyyət Forumlarından sonuncusu olan bu forum eyni zamanda Proqramın həyata keçirildiyi müddətdə əldə edilən əsas nəticələrin təqdim edilməsi üçün platforma rolu oynayacaq.

Qeydiyyat: Zəhmət olmasa, 18 oktyabr tarixinədək http://bit.ly/FORUM_AZ saytında qeydiyyatdan keçin. 23 oktyabr tarixinə qədər iştirak etməyiniz haqqında məlumat verəcəyik.

Forum haqqında

Forumun əsas məqsədləri: 

• Mədəniyyət və yaradıcılıq sahələri haqqında məlumatlılığı artırmaq və onların Azərbaycanın inkişafına töhfə vermək potensialını yüksəltmək;

• Azərbaycanda yaradıcılıq sahələrinin qarşılıqlı əlaqə sistemini inkişaf etdirməyin yollarını müzakirə etmək və əsas maraqlı tərəflərə tövsiyələr vermək;

• Mədəniyyət və Yaradıcılıq Proqramının fəaliyyəti, elmi-tədqiqat layihələri və sxemləri üzrə əsas nəticələri təqdim etmək və nəticələri daha geniş auditoriya ilə bölüşmək;

• Müxtəlif bilik sahələrindən olan tələbələrə mentorların və yaradıcılıq sahəsinin mütəxəssislərinin köməyilə yaradıcı ideyalarını inkişaf etdirmək və yaradıcı biznes modellərini işləyib hazırlamaq baxımından praktik təcrübə qazandırmaq;

• Sahibkarlıq yönümlü düşüncə tərzini təbliğ etmək və yeni layihələrə start verməkdə və ya kiçik bizneslə məşğul olmaqda yaradıcılıq sahəsinin mütəxəssislərinə yardımçı olmaq məqsədilə metod və vasitələr təqdim etmək;

Tədbir iki hissədən ibarətdir:

• 25 oktyabr: Tələbələr üçün yaradıcı biznesin inkişafı üzrə çoxsahəli seminar – “Teamlab Azərbaycan”. Bu tədbir müxtəlif sahələrdə təhsil alan 50-dək tələbəyə səriştəli mentorların köməyilə yaradıcı biznes planlarının işləyib hazırlanması baxımından şəxsi təcrübə qazandıracaq.

• 26 oktyabr: “İnnovasiya və inkişaf üçün mədəniyyət və yaradıcılıq” forumu Forumda Azərbaycanda yaradıcılıq sahələrinin dayanıqlı qarşılıqlı əlaqə sisteminin inkişaf etdirilməsi və Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinin mübadiləsi üzrə əsas prinsiplər vurğulanacaq.

TeamLab təşkilatçıları yaradıcı komandalar yaratmaq və investorlar üçün biznes ideyaları təqdim etməklə tələbələr üçün biznesin inkişafına dair bir günlük seminar təşkil edəcək, ətraflı format təklif edəcək, tələbə komandalarını tövsiyə və mentorluqla, iştirakçıları biznes modellərin yaradılması ilə əlaqədar biliklərlə təmin edəcək. Forumun məruzəçiləri yaradıcılıq sahələri və yaradıcı sahibkarlıq sahəsindəki son tendensiya və inkişafları təqdim edəcək və Avropa İttifaqı ölkələrinin faydalı təcrübələrini paylaşacaq. Mütəxəssislər mədəniyyət, yaradıcılıq, sahibkarlıq və innovasiya arasında əlaqə yaratmağın müxtəlif yolları haqqında danışacaq.

Gündəlik

Cavab yaz

Please enter your comment!
Please enter your name here