27 May 11:13

“İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH-2019”) keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə cari ilin 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAİNTECH-2019”) keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycan istehsalı olan innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Forumda yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

 

MAİNTECH Forumunda iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək tələb olunur!
Qeydiyyat üçün aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları daxil edin. Daha sonra Forumda iştirak bileti sizin elektron poçt ünvanınıza göndəriləcək.
Forumda iştirak üçün yer sayının məhdud olduğunu nəzərə alaraq 28 may 2019-cu il tarixinədək qeydiyyatdan keçməyinizi tövsiyə edirik.

Elektron poçtunuza gələn bileti (çap və ya elektron formada) Foruma girişdə təqdim edəcəksiniz.

www.maintech.az/

Bəyən və paylaş

Rəylər

rəy(lər)