İnnovativ layihələr üzrə menecer vakansiyası

“İnnovasiyalar Mərkəzi” MMC – İnnovativ layihələr üzrə menecer

Vəzifənin məqsədi:

İnnovasiyalar sahəsi üzrə layihələrin idarə edilməsini və koordinasiyasını təşkil etmək.

Vəzifə öhdəlikləri

– Müxtəlif innovasiya layihələrinin həyata keçirilməsi üzrə təkliflərin verilməsində və icrasında iştirakı təmin etmək;
– İnnovasiya fəaliyyəti üzrə startapların inkişafı üçün zəruri ekosistemin təmin edilməsi üçün təkliflərin verilməsində iştirak etmək və layihələrin həyata keçirilməsində iştirak etmək;
– Müxtəlif mövzularda inkubasiya, akslerasiya proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
– İnnovasiyaların inkişafı üzrə uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiqi ilə bağlı təkliflər vermək;
– Bölmənin fəaliyyət istiqamətlərinə uyğun olaraq innovasiyalar üzrə vahid məlumat bazası, metodologiya və digər platformalarının yaradılması üzrə təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;
– Sahə üzrə müxtəlif yerli və beynəlxalq tədbirlərin, hakatonların, seminarların təşkilatçılığında iştirak etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə

– Layihələrin idarə olunması üzrə ən azı 3 illik təcrübə;
– İnnovasiyalar və innovativ layihələrlə iş üzrə təcrübə;
– Strateji planlaşdırma və vizyon müəyyən etmə qabiliyyəti;
– Araşdırma və yüksək analitik bacarıqlara sahib olmalı;
– Stresə davamlılıq və komandada işləmək bacarığı;
– Yüksək təşkilatçılıq və liderlik xüsusiyyətləri;
– Təşəbbüskarlıq və Kreativ düşüncə qabiliyyəti;
– Tənqidi düşüncə qabiliyyəti;
– İngilis dili və Rus dili (yüksək səviyyədə).

Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 07 dekabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “İnnovativ layihələr üzrə menecer Edumapaz” yazaraq göndərmələri xahiş olunur.

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.

Bir cavab yazın

Back to top button