“İnnovativ məktəb direktorları” layihəsi

“İnnovativ məktəb direktorları” layihəsi ilk təlimləri uğurla başa vudrduqdan sonra təlimlərin ikinci hissəsinə start verir.

 

Təlim proqramının təsviri:

Məktəb direktorlarının rolu, vəzifə və öhdəlikləri dəyişən və sürətlə inkişaf edən dövrdə əsaslı şəkildə dəyişib. Məktəblərin hazırlıqlı liderlər tərəfindən idarə olunması təhsilin keyfiyyətinin artırılmasında ən vacib faktorlardan biridir. “İnnovativ məktəb direktorları” layihəsi məktəbin idarə olunmasında ən son yanaşmalar əsas götürülərək hazırlanmış təlim proqramıdır. Təlim məktəb direktorlarının lider kimi inkişafına töhvə verərək məktəblərin idarə olunma effektivliyini artırmağı hədəfləyir.

Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaqdır.

Təlimin tarixi və formatı:

Təlim 3 həftə, həftədə 5 gün, gündə 2 saat olmaqla onlayn formatda keçiriləcəkdir.

Təlim Aprel-May ayları ərzində keçiriləcək.

Təlim proqramının əhatə etdiyi əsas mövzular:

  • Təşkilatı mədəniyyət və liderlik bacarıqları. Məktəb mədəniyyəti nədir, nə üçün vacibdir və müsbət məktəb mədəniyyəti necə formalaşdırılır?
  • Müasir dövrdə məktəb direktorlarının vəzifə və öhdəlikləri necə dəyişib? Məktəbin uğurlu liderlik modelləri hansılardır? Məktəbdə dəyişikliyi necə idarə etməli?
  • Məktəbin gələcəyə baxışı nə üçün vacibdir? Onu necə formalaşdırmalı? Məktəblə bağlı qərarlar verilərkən nələrə diqqət etməli?

Təlimdə kimlər iştirak edə bilər:

Vəzifəsinə son 5 ildə təyin olunmuş, Azərbaycanın istənilən bölgəsindəki məktəblərə rəhbərlik edən məktəb direktorları.

Təlimçilər:

  • Vəfa Kazdal: ADA Universiteti, Prorektor
  • Ülviyyə Mikayılova: ADA Universiteti, Baş müəllim
  • İlahə Rəsulova: Azərbaycan Respublikası Təhsil İnstitutu, layihə rəhbəri

Əlaqə üçün:

E-mail: [email protected]

Tel: 051 745 13 38 (WhatsApp və ya zəng)

Müraciət üçün link:  https://docs.google.com/forms/d/e/1FAIpQLSfRQDJIvExIgDgXlvFS5EM5PIK8P8GKaXXy0SC6BnoV1kcKog/viewform

Müraciət üçün son tarix: 5 Mart, 2021-ci il

Bir cavab yazın

Back to top button