"İnşaat mühəndisi"vakansiyası

Veysəloğlu Şirkətlər qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi "İnşaat mühəndisi"vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :

- Ali təhsil;
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Autocad və Office proqramları üzrə yüksək səviyyədə bacarıqları;
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.


Vəzifə öhdəlikləri :

- Layihələrin həyata keçirilməsinə birbaşa nəzarət etmək və ya kənarlaşmalar üzrə neqativlərin müəyyən edilməsi;
- Şirkətin bütün tikinti obyektləri üzrə işlərin müvafiq qaydada təsdiq edilmiş qrafiklərə riayət edilməklə yerinə yetirilməsinə nəzarət etmək, zərurət yarandıqda bilavasitə tədbirlər planı ilə bağlı müraciət etmək;
- Yüksək keyfiyyətə nail olmaq üçün effektiv layihə qərarlarının verilməsinə,vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət etmək;
- Mühəndislərin işinə nəzarət etmək və hesabatlılığı təmin etmək;
- Layihələndirmə ilə bağlı görüşlərdə iştirak etmək və nəzarət etmək;
- Yeni layihə təkliflərini uyğunluğunu kontrol etmək, smeta və forma 2-lərin analizi;
Görülmüş işlərin, göstərilmiş xidmətlərin təhvil-təsliminə nəzarət;
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.


Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnşaat mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az