2 Dekabr 18:20

İnsan Hüquqları Gününə Həsr Olunmuş Yarışma

İnsan hüquqları sahəsində biliklərinizə güvənir, həm əylənmək, həm də “Human Rights Azerbaijan”, Avropa Şurası və BMT-in İnsan Hüquqları Ali Komissarlığının Bakı ofisi tərəfindən təqdim olunacaq dəyərli hədiyyələrə sahib olmaq istəyirsinizsə, o halda bu yarışma sizin üçündür!

Yarış haqqında: “10 Dekabr” İnsan hüquqları gününə həsr olunmuş yarışmamız ənənəvi “Jeopardy” formatında keçiriləcək. Yarışmada tandem (iki oyunçudan ibarət komandalar) şəklində çıxış edən iştirakçılar insan hüquqlarını əhatə edən, müxtəlif nominallı sualları cavablayaraq birincilik uğrunda mübarizə aparacaq, qalib gələn və fərqlənən iştirakçılar isə tərəfimizdən mükafatlandırılacaqlar.

Kimlər iştirak edə bilər: Yarışma insan hüquqları sahəsində maraqlı olan hər bir izləyicimizə açıqdır. Sadəcə qeydiyyatdan keçib bizə qoşulmağınız kifayətdir.

Qeydiyyat linki: https://forms.gle/t7vKppgNH5Digeww7

İştirak haqqı yoxdur. Məkan: Caspian Business Center, 2-ci mərtəbə, AAA ofisi.

Bəyən və paylaş

Rəylər

rəy(lər)