8 Aprel 13:37

İnsan Resursları Departamentində Mütəxəssis vakansiyası

İnsan Resursları Departamentində Mütəxəssis vakansiyası.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– Qanunvericilik və daxili normativ qaydalara əsasən əmrlərin, arayışların, məktubların və digər rəsmi sənədlərin hazırlanması;

– Əməkdaşlara dair məlumatların “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”-nə daxil edilməsi;

– Əməkdaşlara dair məlumatların daxili İR proqramına daxil edilməsi;

– Əməkdaşların məzuniyyət günlərinin uçotunun aparılması və müəyyən edilmiş qrafiklərə əsasən məzuniyyət günlərindən istifadəyə nəzarət edilməsi;

– Strukturun fəaliyyətinə dair müxtəlif, o cümlədən analitik hesabatların hazırlanması;

– Birbaşa və struktur rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

– Ali təhsil (Hüquqi sahədə olması arzuolunandır);

– Müvafiq sahə üzrə azı 1 illik iş təcrübəsi;

– Yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;

– Operativlik, detallara qarşı diqqətlilik;

– Təzyiqə davamlılıq və vaxtdan səmərəli istifadə qabiliyyəti;

– Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyi;

– MS Office proqramlarından, xüsusilə Excel proqramından yüsək səviyyədə istifadə qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “HR-Mütəxəssis Edumap.az” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bəyən və paylaş