13 May 22:17

İnsan Resursları Departamentində maaşlı təcrübə proqramı

“SMART AUDİT” MMC İnsan Resursları Departamentinə ödənişli təcrübə proqramı elan edir.

Universiteti yeni bitirmiş və ya İnsan Resursları sahəsində təcrübə keçmək istəyən şəxslər müraciət edə bilərlər.

Tələblər:

·       Müvafiq sahə üzrə ali təhsil ( Maliyyə, Biznesin İdarəedilməsi, İqtisadiyyat və s.)

·       Əmək Qanunvericiliyi üzrə baza bilikləri (Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür);

·       Riyazi biliklər və məntiqi təfəkkür;

·       Dil bilikləri: Azərbaycan dili – əla, rus və ingilis dillərini bilmək üstünlükdür;

·       Ofis proqramları biliyi (orta səviyyədə);

·       Təşəbbüskarlıq və məsuliyyətlilik;

·       Analitik düşüncə və problem həll etmə qabiliyyəti;

·       Özünü inkişafa meyillilik;

·       Komandada işləmə bacarığı;

·       Ünsiyyət qurma, səlis danışıq, müşahidə etmə qabiliyyəti;

·       Punktuallıq və nizam-intizamlılıq.

Təcrübə proqramı 3 ay müddətini əhatə edəcək və ödənişlidir. Təcrübə müddətini uğurla keçmiş namizədlər işə qəbul mərhələsində üstünlük qazanacaqlar.

İş günləri : həftə içi 5 gün, saat 09:00-dan 18:00 –dək;

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə.

Maraqlı namizədlərdən mailin mövzu hissəsində “HR intern Edumap.az” qeyd edərək şəkilli CV formalarını [email protected] mail ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş