30 May 23:09

İnsan Resursları Departamentinin baş mütəxəssisi vakansiyası

Bank “BTB” ASC İnsan Resursları Departamentinin baş mütəxəssisi vəzifəsi üçün ixtisaslı, təcrübəli və yüksək motivasiyalı namizədlərin axtarışını elan edir.

Vəzifələr:  İllik işə qəbul planının icrasını təşkil edir;

 Kadr kargüzarlığının qanunvericiliyə, daxili qaydalara uyğun aparılmasını təşkil edir:

 Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir.

 İnsan Resurslarının idarə edilməsi prosesləri, qaydaları/prosedurları və formaları təkmilləşdirir;

 Korporativ tədbirləri təşkil edir;

 İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir;

 Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir.

Namizədə tələblər:

 Ali təhsil;

 İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda ən azı 2 il təcrübə (bank sahəsində çalışanlara üstünlük verilir);

 Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması,

İngilis dil biliyi – yaxşı səviyyədə;

 Ünsiyyət qurma bacarığı;

 Analitik qabiliyyət;

 Əmək qanunvericiliyi üzrə mükəmməl biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 İyun, 2019-cu il tarixinədək “İRD baş mütəxəssis Edump.az” mövzusunu qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)