İnsan Resursları kateqoriyası üzrə aparıcı mütəxəssis vakansiyası

Transformasiya ofisi - İnsan Resursları kateqoriyası üzrə aparıcı mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bank daxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
  • İnsan Resursları sahəsi üzrə strategiyanin icrasinda tələb olunan İR departamentinə dəstək vermək;
  • Zərurət olduqda müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə məsləhətçilərin dəvət edilməsini təmin etmək;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq;
  • Zərurət olduqda müəyyən təşəbbüslərin həyata keçirilməsi məqsədilə sahibliyi öz üzərinə götürmək.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli (IR və ya İqtisadi sahə üzrə təhsil, beynəlxalq sertifikat üstünlükdür);
  • İnsan resurslarının idarə edilməsi sahəsində 3-5 il iş təcrübəsi olan;
  • Agile metodologiya ilə işləmə təcrübəsi olan;
  • Yaxşı səviyyədə MS Office proqramlar biliyi olan;
  • Xarici dil bilikləri (İngilis və rus dili mütləqdir);
  • Problem həll etmə bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan;
  • Komandada işləmə bacarığı olan namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi[email protected]elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnsan Resursları kateqoriyası üzrə aparıcı mütəxəssis”şəklində göstərilməsi xahiş olunur.Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az