İnsan Resursları mütəxəssisi vakansiyası

İş barədə məlumat:

– İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
– Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
– Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
– İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
– İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
-İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
– Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
– Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
– Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
– İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
– Daxili sənəd dövriyyəsini icra edir;
– Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

– İş təcrübəsi: İnsan Resursları üzrə minumum 3 il iş təcrübəsi.
– Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil tələb olunur.
– Cins: Kişi namizədlərə üstünlük veriləcək.
– Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
– Kompüter bilikləri: Ofis proqramları (excell irəli səviyyədə).

Fərdi keyfiyyət tələbləri: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

Əmək haqqı 1000-1500.

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnsan Resursları mütəxəssisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Bir cavab yazın

Back to top button