Çərşənbə axşamı, 1 İyul, 2025

İnsan Resursları Şöbəsində Koordinator vakansiyası


  • Dərc edildi: 11 Noyabr, 2021 - 10:36
İnsan Resursları Şöbəsində Koordinator vakansiyası

Shahdag Hotel Company, Qusar rayonunda yerləşən Pik Palace və Park Chaket otelləri üçün Insan Resursları Şöbəsində Koordinator vakansıyası mövcuddur: Öhdəliklər ·İnsan Resursları Şöbəsinin Direktoruna və Menecerinə İnsan Resursları şöbəsinin effektiv və problemsiz idarə edilməsində köməklik göstərmək, şöbədaxili əməliyyatlara dair təlimatda müəyyən edilmiş bütün siyasət və prosedurlara ciddi şəkildə riayət olunduğunu təmin etmək. ·Bütün əməkdaşların sənədlərinin yenilənmiş qaydada olmasını təmin etmək (o cümlədən əməkdaşların illik məzuniyyəti, ezamiyyətləri, tibbi məzuniyyətləri). ·1C (İşçi heyətinin idarə edilməsi sistemləri) proqramının vaxtlı-vaxtında aparılması, yenilənməsi və işçilərin iş jurnallarının qaydaya salınması. ·Yeni işçilər və cari işçilər üçün əmək müqavilələri və s. çərçivəsində bütün zəruri kargüzarlıq işləri və sənədləri tərtib etmək. ·İşçilərin sorğularını qəbul etmək və istiqamətləndirmək. ·Bütün əməkdaşların məxfi sənədlərini qoruyub saxlamaq və qayda

ya salmaq. ·Bütün əməkdaşların hesabat sənədlərinin icrası və qaydaya salınmasında kömək etmək. ·İcra göstəricilərinin idarə edilməsi prosesi, sınaq hesabatları, yekun müsahibə formaları və qeyd vərəqələrini koordinasiya etmək. ·Bütün uğurlu ərizəçilərə müsahibə keçirildikdən sonra 48 saat ərzində cavab zəngi edilməsini təmin etmək. ·Baş menecer tərəfindən işçinin işə götürülməsinə dair razılıq verildikdən dərhal sonra işə götürülmə ilə bağlı təbrik və salamlama məktubunun elektron poçt vasitəsilə göndərilməsini təmin etmək. ·Bütün daxili və xarici ərizələrin saxlanılmasına görə cavabdehlik daşımaq. ·Bütün müsahibə görüşlərini təşkil etmək. ·Müsahibələrə yardım etmək və İnsan Resursları şöbəsinin meneceri ilə birgə işəgötürmə fəaliyyətlərini koordinasiya etmək. Müraciət etmək üçün[email protected]mail ünvanına mövzu hissəsində "IR Koordinator” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 80
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 42
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...