İnsan Resursları üzrə kiçik Mütəxəssis vakansiyası

Grand Agro MMC – də İnsan Resursları üzrə kiçik Mütəxəssis vakansiyasını diqqətinizə çatdırıram. Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat:

– Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan);

*

– İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək;

– İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir;

– Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə.

Vəzifə öhdəlikləri:

-Qanunvericiliklə müəyyən edilmiş qaydada işə qəbul edilən işçilərin əmək müqaviləsinin hazırlanması və tərəflərin imzalanmasını təmin etmək;

-Əmək müqaviləsi bağlanmış işçilərin məlumatlarının Elektron Hökümət Portalına daxil edilməsi, Əmək kitabçalarının qeydiyyatı, işçilərin şəxsi işinin formalaşdırılması və məlumatların xüsusi ERP proqramına daxil edilməsi;

-İşçilərin əmək haqqı kartlarının sifarişi , paylanması və sənədlərin arxivləşdirilməsi;

-Kadr kargüzarlığı ilə əlaqədar digər işlərin yerinə yetirilməsi.

Tələb olunan təhsil və biliklər:

Təhsil- Ali (İqtisadiyyat,Psixologiya və s);

İş təcrübəsi – 1 ilə qədər;

Dil bilikləri – Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dilinin bilməsi üstünlükdür;

Əmək Məcəlləsi ilə bağlı biliklər, İT bilikləri – MS office – (Excel-yaxşı);

Enerjili, həvəsli və yaxşı ünsiyyət bacarıqları , dürüst və dəyərlərə sadiq olmaq ilkin tələblərdəndir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İR Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close