İnsan resursları üzrə köməkçi vakansiyası

İnsan resursları üzrə köməkçi 

Vəzifələr:

1. AR Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması prosedurlarını yerinə yetirmək;
2. Əmək müqavilələrinin və işçilərin şəxsi uçot sənədlərinin hazırlanmasının təşkil etmək, sənədlərin operativ uçotunu aparmaq;
3. İşçi heyətin sənədləşmə prosesi ilə bağlı məsələlərinin koordinasiya etmək;
4. İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasında saxlamaq və lazımi dəyişiklikləri daxil etmək;
5. İşçilərin şəxsi işlərinin, müvafiq qeydlərin və dəyişikliklərin müntəzəm olaraq şəxsi qovluqlarda və elektron şəkildə aparmaq;
6. Əmək kitabçalarında əmrlər əsasında qeydləri yazmaq;
7. Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərin məzuniyyətə həmin qrafik əsasında getmələrini, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
8. Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi təmin etmək;
9. Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə min 2 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində orta səviyyədə danışmaq, yazmaq və oxumaq;
• AR Əmək Məcəlləsini və digər normativ xarakterli sənədlərin tələblərini bilməli və işində rəhbər tutmalıdır.

İş yeri: Zirə qəsəbəsi

E-mail: [email protected]

Bir cavab yazın

Back to top button