"İnsan Resursları üzrə köməkçi” vakansiyası

Azerbaijan Automobiles şirkəti “İnsan Resursları üzrə köməkçi” vakansiyasını doldurmaq üçün namizədləri dəvət edir.

İş barədə məlumat:
• İnsan Resurlsarı Departamenti daxili kargüzarlıq işlərinin həyata keçirilməsi;
• İşçilərə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsi. Məlumat bazası üzrə müvafiq hesabatların hazırlanması;
advertisement • İşçilərin şəxsi işlərini tərtib etmək, əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq;
• Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək;
• Vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək;
• İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
• İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
advertisement • Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənədləşmə işlərini aparmaq;
Ofis daxili nizam intizam qaydalarına əməl etməli.
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi
• İş qrafiki: Həftə içi 6 gün

advertisement Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dair ümumi biliklər;
- Qeyd olunan vəzifə üzrə minimum iş təcrübəsi
- Təqdimat bacarıqları
advertisement - Dil bilikləri: Azərbaycan, Rus, İngilis dili biliyi;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarığı;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı ;
- MS Office programlarından peşəkar istifadə biliyi;
- Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
advertisement
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində " İnsan Resursları üzrə köməkçi" qeyd edərək [email protected]elektron ünvanına 31 iyul, 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az