İnsan Resursları üzrə mütəxəssis-Gəncə

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis-Gəncə

İş yeri: Gəncə şəhəri
İş saatı: 09:00 – 18:00
İş rejimi: 6 günlük

Əsas vəzifə və öhdəlikləri

– Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
– Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
– İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək;
– İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq;
– İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək və s.

Namizədə tələblər:

– Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir)
– İnsan Resursları sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
– Məsuliyyətlilik, təşəbbüskarlıq, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik,
– Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı.

Vakansiyaya müraciət üçün CV-lərin “İR mütəxəssis-Gəncə” başlığı ilə [email protected] mail ünvanına göndərilməsi xahiş olunur.

Bir cavab yazın

Back to top button