10 Sentyabr 13:02

İnsan Resursları üzrə mütəxəssis vakansiyası

Şirkət: Göygöl Təhsil Mərkəzi

Vakansiya: İnsan Resursları üzrə mütəxəssis

* İş yeri: Gəncə

* İş rejimi: 6 günlük

* İş vaxtı: 09:00-18:00

* İş haqqında:

· Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, məlumat bazasında qeydləri aparmaq;
· Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibəni təşkil etmək;
· Namizədlər bazasının daim yenilənməsini təşkil etmək;
· İşəqəbul testlərinin həyata keçirilməsini təşkil etmək;
· İşəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarəti aparmaq;
· İş analizi aparmaq və vəzifə təlimatlarını hazırlamaq
· Təlimatlar əsasında iş yükü analizi aparıb optimal işçi sayını hesablamaq
· Şirkətin təşkilati strukturunun formalaşdırılmasında iştirak etmək
· Əməyin dərəcələndirilməsi, əmək haqqı və imtiyazlar paketinin formalaşdırılması ilə bağlı işlərin icrasını həyata keçirmək
· İşçilər arasında məmnuniyyət sorğusunun keçirilməsi və nəticələrinin analizini həyata keçirmək
· İşçilərin təlim ehtiyaclarının öyrənilib onlar üçün təlim proqramının hazırlanması və keçirilməsinə dəstək olmaq
· Yeni işçilər üçün orientasiya təlimini təşkil etmək
· İnsan resurslarının idarə edilməsi ilə bağlı hazırlanan prosedurların şirkətdə tətbiqini və işçilərə kommunikasiya olunmasını həyata keçirmək
· İşçilərin şəxsi işlərinin hazırlanması, əmək fəaliyyətlə bağlı sənədlərdə lazımı dəyişikliklərin edilməsini təmin etmək;
· Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və əmrlərə müvafiq olaraq işçilərin işə qəbulu və işdən azad edilmələrini vaxtında rəsmiləşdirmək və həyata keçirmək;
· İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
· Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin etmək;
· İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim etmək;
· İnsan Resursları üzrə hesabatları tərtib etmək.

* Tələblər:

· Ali təhsil (İqtisadiyyat, Menecment, Hüquqşünaslıq, Psixologiya sahəsində təhsil alan namizədlərə üstünlük verilir);
· İnsan Resursları sahəsində 1 (bir) ilə qədər iş təcrübəsi (üstünlükdür);
· Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər(üstünlükdür);
· Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlükdür);
· Microsoft Office proqramları (Word, Excel, PowerPoint) ilə işləmək bacarığı;
· Komandada işləmək bacarığı;
· Məsuliyyətlilik, təşəbbüskarlıq, icraedicilik, punktuallıq, təşkilatçılıq, problem həlletmə, empatiya, yenilikçilik.

Vakansiyaya son müraciət tarixi: 20.09.2019

Vakansiyaya müraciət üçün CV-nizi “İR mütəxəssisi Edumap.az” başlığı ilə [email protected] emailə göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)