İnsan Resursları üzrə mütəxəssis vakansiyası

İnsan Resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
– Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
– Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
– Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
– İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
– İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Tələblər:

– Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
– Ali təhsil;
– Bu sahədə minimum 2 il iş təcrübəsi;
– E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək;
– Yalnız xanım namizədlər

İş rejimi:

– Həftədə 5 gün
– Əmək haqqı 500 – 600 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “İnsan Resursları üzrə mütəxəssis Edumap.az” qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bir cavab yazın

Back to top button