İnsan resursları üzrə mütəxəssis vakansiyası

Vakansiyanın adı: İnsan resursları üzrə mütəxəssis
Vakansiyanın kodu: V201014-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Sərnişin daşımaları departamenti, Bakı sərnişin stansiyası
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsi 24

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office-yaxşı
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

– Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
– Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
– İnsan resurslarının idarə edilməsi sahəsinə dair nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik;
– Keyfiyyət yönümlülük;
– Diqqətlilik;
– İntizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri:

– İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq sertifikat;
– İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
– Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
– Məqsədyönümlülük, nəticəyönümlülük;
– Təşəbbüskarlıq, yeniliklərə adaptasiya bacarığı;
– Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
– Komanda ilə işləyə bilmək bacarığı;
– Daxili motivasiyalı.

Vəzifə öhdəlikləri:

– Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
– Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
– İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
– Əmək haqqının hesablanması üzrə işlərin icrası;
– İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Son müraciət tarixi: 21/10/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/985#vp

Bir cavab yazın

Back to top button